Ayının beynində ilk dəfə əməliyyat aparıldı

Ayının beynində ilk dəfə əməliyyat aparıldı
Bütün Xəbərlər
09:32 15.04.2013
967

AZXEBER.COM-un məlumatına görə, Laosda dünyada ilk dəfə ayının beynində neyrocərrahiyyə əməliyyatı aparılıb.

Baytar həkimlərin hidrosefaliya diaqnozuna əsasən ayının xəstəliyi sağalmaz sayılıb və ona zəhərli inyeksiya təyin edilib.Lakin ölkə əhalisi buddist olduğundan, burada canlının qətli böyük günah sayılır. Odur ki, ayının beynində cərrahiyyə əməliyyatına qərar verilib.Fasiləsiz miqren və daimi baş ağrılarından çox əzab çəkən, aqressivləşən Çampa adlı ayının cərrahiyyə əməliyyatı 6 saat davam edib.Laosun paytaxtı Vyentyandan 25 kilometr cənubdakı Luanq Prabanq şəhərində yerləşən “Azad ayı” məkanında 3 yaşlı Çampanın vəziyyəti indi yaxşıdır.Sadəcə, onun vücudunun bir hissəsi əməliyyat üçün qırxıldığından indi həmin yerlər tüksüzdür.Çampa qara Asiya ayısıdır və onlar Laosun şimalındakı dağlarda yaşayırlar.Çampanın cərrahiyyə əməliyyatına Şotlandiyanın paytaxtı Edinburq zooparkında çalışan, Cənubi Afrika Respublikası vətəndaşı olan baytar başçılıq etmişdir.

OXŞAR XƏBƏRLƏR