Ayıq sürücü xidmətinin işçiləri yol polisinə işləyirmiş - ŞOK FAKTLAR

Ayıq sürücü xidmətinin işçiləri yol polisinə işləyirmiş -  ŞOK FAKTLAR
SOSİAL
10:29 16.03.2016
5782
İçkili şəxslər barədə polisə məlumat ötürülür və nəticədə bu cür problemlər yaranır
Bakıda ayıq sürücü cidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb. Bakı şəhər sakini Elçin Şirinov açıqlamasında bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün Ayıq Sürücü Xidmətindən istifadə edib: “Həmin gün spirtli içki qəbul etdiyim üçün Ayıq Sürücü Xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücün yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, Ayıq Sürücü Xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Mən bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz: “Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək”.
Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.
Etibarlı mənbələrdən isə saytımıza bildirilib ki, ayıq sürücü xidmətləri polislə birgə fəaliyyət göstərir. İçkili şəxslər barədə polisə məlumat ötürülür və nəticədə bu cür problemlər yaranır.
///Moderator.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir