.Azərbaycan ərazisində havaların yağmurlu keçməsi əksər çaylarda suyun səviyyəsinin artmasına səbəb olubBu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 18, Kürəkçayda 25, Böyük Qafqazın Qusarçayında 5, Qudyalçayda 6, Vəlvələçayda 33 santimetr artıb. A.Verdiyev deyib ki, iyunun 30-da Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 31, Vəşəriçaqda 26, santimetr artım müşahidə edilib.Balakən-Şəki bölgəsinin çaylarında da artım baş verdiyinin deyən baş hidroloqun sözlərinə görə, Ağçay, Hamamçay, Kürmükçay, Kişçay, Şinçay və Daşbaşağıl çaylarından qısamüddətli daşqınlar olub.