Bir neçə gün əvvəl gəlin köçən Aynişanın başına iş gəlib.
AZXEBER.COM xəbər verir ki, Aynişan toydan sonra təəssüratlarını və toyda başına gələn problemləri izləyiciləri ilə bölüşüb:
"Oğlan toyunda Qız toyundan tamamilə fərqli obrazda idim. Düzdür, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir paltar hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış gəlinlik donu axtarmaq üçün şəhərə qaçdıq. Heç şişirtmədən, necə var, elə də yazacam. Bir neçəsini geyindim baxdım, amma hamımız buna aşiq olduq. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçsəm də, bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Bütün dərzilər əlindəki işlərini dayandırıb sadəcə bu geyimlə məşğul oldu. Cəmi 1 saata gəlinlik hazır oldu və mən artıq sakit, rahat halda evə qayıtdım. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim”.