Şayiələrə görə, yaxın günlərdə Camalqızı Nizami Rayonu İcra Hakimiyyətinin başçısının müavini təyin olunacaq və bu səbəbdən belə kəskin açıqlama verib. Məsələni dəqiqləşdirmək üçün eks-millət vəkili ilə əlaqə saxladıq. Aynur Camalqızı bu haqda AZXEBER.COM-a dedi: “Bu xəbəri ilk dəfə sizdən eşidirəm, belə bir şey yoxdur, mən heç heç bir yerə təyin olunmamışam. Deyə bilərəm ki, Nizami Rayonu İcra başçısının müavini olmaq kimi bir istəyim yoxdur”.
Xatırladaq ki, Aynur Camalqızı 2005-2010-cu illərdə Tərtər rayonunun millət vəkili olub.