AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan milli komandası AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya yığması ilə qarşılaşıb.
Oyun başlanmazdan əvvəl FİFA U-17 qadınlararası Dünya çempionatı Azərbaycan 2012-nin maskotu təqdim olunub. Təqdimat mərasimində tanınmış müğənni Aysel Teymurzadə iştirak edib.
Maskotun adı hələ məlum deyil. Ona ilin sonuna qədər ad veriləcək.