Azərbaycan üzrə yaşayış minimumu 95 manata çatdırıldı

Bütün Xəbərlər
21:23 24.11.2010
2306

 

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanunu təsdiqləyib. Milli Məclisin qəbul etdiyi qanuna görə, 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilir. Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir. 

Dövlət başçısı “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanunun tətbiq edilməsi barədə də Sərəncam imzalayıb. Nazirlər Kabinetinə tapşırılıb ki, qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

OXŞAR XƏBƏRLƏR