Azərbaycan (ŞEİR)

KÖŞƏ
17:31 15.05.2011
10902

Əzilsən də , əyilməyən  vüqarımsan—

Bu  çağına canım qurban , Azərbaycan !


Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban .

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban , Azərbaycan !


Neçə gizli sərvət yatır qucağında ,

Neçə ölkə od aparır ocağından .

Azadlığın al rəmzi var bayrağında—

Bayrağına canım qurban , Azərbaycan !


Hər uğurun gələcəyə bir yol açır ,

Hər dost elə xoş niyyətin işıq saçır .

Hər millətə , hər məzhəbə  isti , açıq

Qucağına canım qurban , Azərbaycan !


Başım üstdə məğrur-məğrur dalğalanan

Bayrağına canım qurban , Azərbaycan !

Ruhuma  büt , cismim  üçün  vətən olan

Torpağına canım qurban , Azərbaycan !

 

Sədaqət  Əhmədova

OXŞAR XƏBƏRLƏR