Azərbaycan gəncləri Türkiyədə

GƏNCLİK
11:18 23.02.2011
2201

Görüşdə Türkiyənin 81 vilayətindən 150 yaxın aktiv gənc və türk-dilli ölkələrdən nümayəndələr iştirak edəcəklər. Tədbirdə Azərbaycanı Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tarix işçi qrupunun rəhbəri Ayan Məmmədova təmsil edəcək. Təşkilatdan Azxeber.com-a verilən xəbərə görə, tədbir çərçivəsində A. Məmmədova türk dövlətlərinin gəncləri ilə görüşəcək, ölkəmizin tarixi haqda təqdimat keçirəcək, mədəni irsimiz haqqında söhbət açacaq. Tədbir Trabzonun tarixini, mədəniyyətini və sosial mövqeyini tanıtmaq məqsədilə təşkil edilir

 

23-27 fevral tarixlərində keçiriləcək tədbir çərçivəsində iştirakçılar həmçinin Trabzonun azad olunması yubiley şənliklərində iştirak edəcək, bundan əlavə iştirakçı gənclər 2011-ci il 22-29 iyul tarixlərində Trabzonda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı haqqında məlumatlandırılacaqlar..

OXŞAR XƏBƏRLƏR