Azərbaycan prezidenti İlham Əliyev sabah İtaliyaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev sabah İtaliyaya səfər edəcək
Bütün Xəbərlər
08:49 01.06.2011
1504
Bu barədə APA-ya müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi məlumat verib. Səfərin məqsədi vahid İtaliya dövlətinin yaranmasının 150 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etməkdir. Səfirin sözlərinə görə, bu ayın sonunda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev hökumətlərarası komissiyanın işində iştirak etmək üçün İtaliyaya gedəcək. Səfər çərçivəsində Azərbaycanla İtaliya arasında energetika sahəsində sazişin imzalanması nəzərdə tutulur.

 

OXŞAR XƏBƏRLƏR