Azərbaycan Sosial Rifah Partiyası (ASRP) Türkiyə xalqını təbrik etdi - MƏKTUB

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) Türkiyə xalqını təbrik etdi - MƏKTUB
Bütün Xəbərlər
06:42 19.05.2011
1657

ASRP-nın mətbuat xidmətindən AZXEBER.COM portalıne verilən məlumata görə, iclasda ASRP-nın Türkiyə səfirliyinə bayram münasibəti ilə yazdığı rəsmi məktub da, ictimaiyyətin diqqətinə çatdırlıb.  Məktubda deyilir: “ Azərbaycan ilə Türkiyə  arasındakı  münasibətlər  dərin  tarixi köklərə əsaslanan dostluq və mehriban qonşuluq, qardaşlıq ənənələrinə malikdir. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) olaraq əminik ki, belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Mustafa Kamal Atatürk öz xatirələrində hər zaman Azərbaycanın dərdinin Türk dünyasının dərdi olduğunu söyləmişdi.  Ümummilli liderimiz Heydər Əliyev də, Azərbaycan ilə Türkiyənin  bir millət iki dövlət olduğunu bildirmişdi.  Bu hikmətli kəlamlar bu gündə planetimizdə olan bütün Türk dünyasının dilindədir. Biz də, Azərbaycan Sosial Rifah Partiyası olaraq bu prinsipləri üstün tutur, qardaş Türkiyənin yanında olduğumuzu bir daha bildiririk”.


 

OXŞAR XƏBƏRLƏR