ASRP-nın mətbuat xidmətindən AZXEBER.COM portalıne verilən məlumata görə, iclasda ASRP-nın Türkiyə səfirliyinə bayram münasibəti ilə yazdığı rəsmi məktub da, ictimaiyyətin diqqətinə çatdırlıb. Məktubda deyilir: “ Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanan dostluq və mehriban qonşuluq, qardaşlıq ənənələrinə malikdir. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) olaraq əminik ki, belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Mustafa Kamal Atatürk öz xatirələrində hər zaman Azərbaycanın dərdinin Türk dünyasının dərdi olduğunu söyləmişdi. Ümummilli liderimiz Heydər Əliyev də, Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu bildirmişdi. Bu hikmətli kəlamlar bu gündə planetimizdə olan bütün Türk dünyasının dilindədir. Biz də, Azərbaycan Sosial Rifah Partiyası olaraq bu prinsipləri üstün tutur, qardaş Türkiyənin yanında olduğumuzu bir daha bildiririk”.