Azərbaycan-Türkiyə Gəncləri Dostluq Cəmiyyətinin yeni ofisi açıldı
GƏNCLİK
20:19 09.04.2011
2383
Cəmiyyətin yeni ofisinin açılışında Türkiyədən gəlmiş 10a yaxın vətəndaş cəmiyyəti nümayəndələri və Gənclər və İdman Nazirliyinin numayəndəsi də iştirak edib. Yeni ofisin qırmızı lentini kəsən qonaqlar cəmiyyətin iş prinsipi gördüyü işlər və bundan sonrakı fəaliyyəti ilə maraqlanıblar.
Açılışda cəmiyyətin sədri Rəşxan Qaraşlı Türkiyədən gələn nümayəndələrin iş prinsipiylə maraqlanıb bu təşkilatlarla cəmiyyət arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb cəmiyyətin Türkiyə həmsədri Kadir Yıldlz isə qonaqlara Azərbaycan haqqında məlumatlar verərək ofisin bundan sonrakı iş fəaliyyəti barədə qonaqları məlumatlandırıb
Azərbaycan-Türkiyə Gəncləri Dostluq Cəmiyyətinin mətbuat katibi Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında bunları deyib:"Bundan sonra yeni ofisimizdə daha gözəl işlər görəcəyik.Yaxın zamanlarda ofisdə tələbələr üçün xarici dil krusları təşkil edəcəyik.Eyni zamanda Azərbaycan və Türkiyə arasındakı tarxixi qardaşlıq ənənələrini daha da möhkəmləndirərək gənclər olaraq dövlətlərimizin apardığı qırılmaz qardaşlıq bağlarına öz töhfəmizi verəcəyik.Ulu öndərimiz Heydər Əliyeviin Bir Millər İki dövlət deyimi də göstəririki Azərbaycan və Türkiyə bir bədəndəki iki candır.Bu ittifaq heç bir zaman sarsılmayacaq".