Azərbaycan Tələbələr Birliyinin nümayəndəsi beynəlxalq tədbirə qatıldı

GƏNCLİK
20:10 14.06.2011
1843

ATB-dən AZXEBER.COM-a verilən məlumata görə, Tbilisi Dövlət Universitetinin tələbə birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Avropanın 13 ölkəsindən universitetlərin tələbə təşkilatlarının nümayəndələri, milli tələbələr birlikləri nümayəndələri iştirak edib.

“Tələbə birliklərinin beynəlxalq forumu” adlı tədbirdə Anar Süleymanovun Azərbaycan Tələbələr Birliyi haqda təqdimatı da olub. Müzakirələrdən əlavə olaraq, ATB idarə heyətinin sədrinin Tbilisi Dövlət Universitetinin rektoru, Gürcüstan gənclər və idman naziri kimi rəsmilərlə də görüşləri baş tutub.

Anar Süleymanov forum çərçivəsində Avropa Tələbələr Birliyinin sədri, Gürcüstandakı bir çox tələbə birliklərinin nümayəndələri ilə birbaşa danışıqlar aparmaq imkanı əldə edib. Gürcüstan tələbə birlikləri nümayəndələri ilə keçirilən görüşlərdə daha çox regional tərəfdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Tələbələr Birliyi Gürcüstan, Rusiya, Türkiyə və digər qonşu ölkələr də daxil olmaqla bir çox Avropa ölkəsinin universitetləri və milli tələbə birlikləri ilə sıx əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR