“APA-ECONOMICS”in Rusiya mətbuatına istinadən xəbərinə görə, 81-717.5B/81-714.5B modelli metro vaqonları yeni dizayna malik olub, ağ-mavi rəngdədir. Bu rəngin istifadə müddəti daha çox - 6-8 ildir. Sərnişin salonlarının qapılarında İtaliya istehsalı olan silindrlərdən istifadə olunub.
Vaqonlar 15 vaqonun alqı-satqısına dair 4 oktyabr 2010-cu ildə bağlanmış ikitərəfli müqaviləyə əsasən Bakıya göndərilib. Qalan 5 vaqon isə mart ayında göndəriləcək.