Azərbaycanın Belarus, Moldova, Gürcüstana yeni səfirləri təyin edildi

Azərbaycanın Belarus, Moldova, Gürcüstana yeni səfirləri təyin edildi
Bütün Xəbərlər
16:07 20.04.2011
2053

AZXEBER.COM-un AzərTAC-a istinadən verdiyi məlumata görə, Əli Nağıyev Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.

Prezidentin sərəncamı ilə İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azər Tofiq oğlu Hüseyn Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

OXŞAR XƏBƏRLƏR