Azərbaycanın birinci xanımı “Türk dünyasına xidmət” mükafatına layiq görülüb

Bütün Xəbərlər
21:23 30.12.2010
1760

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Türk dünyasına xidmət” mükafatına layiq görülüb. Azərbaycanın Türkiyədəki səfirliyindən AzərTAc-a bildiriblər ki, Mehriban xanım Əliyeva Türk Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) İdarə Heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb.

Mükafatın təqdimat mərasimi gələn ay Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək.

 

OXŞAR XƏBƏRLƏR