Azərbaycanın snayper tüfəngləri Türkiyə Ordusunda

Azərbaycanın snayper tüfəngləri Türkiyə Ordusunda
Bütün Xəbərlər
12:44 12.05.2011
1607

“Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2011” X beynəlxalq müdafiə sərgisi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi üçün çox uğurlu olub”. Bunu ANS TV-yə açıqlamasında sərgidə iştirak edən müdafiə sənayesi naziri Yavər Camalov deyib. 

Nazirin sözlərinə görə, sərginin ilk günü Türkiyənin prezidenti Abdullah Gül Azərbaycanın stendinə baş çəkib, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri ilə yaxından tanış olub. 

“Türkiyə prezidenti bu uğur münasibətilə bizi təbrik etdi. Elə həmin gün Türkiyənin müdafiə naziri Vecdi Gönüllə iki məhsul - 105 mm-lik topların, eləcə də milli tüfəngin birgə yaradılması və gələcəkdə birgə istehsalı barədə niyyət protokolu imzaladıq. Həmin gün “Makina kimya” şirkəti ilə 120 mm-lik minaatanların birgə istehsalı istiqamətində niyət protokolu imzaladıq. Bu layihə bir neçə ay sonra artıq qüvvədə olacaq. Bundan əlavə Türkiyənin “Asselsan” şirkəti ilə bir neçə məhsulun, yeni növ aptek nişangahın Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə etdik. Yəqin ki, bu layihələr də yaxın müddətdə icra olunacaq", deyə Y. Camalov qeyd edib. 

Nazir həmçinin bildirib ki, Azərbaycan Ukrayna şirkəti ilə tank əleyhinə idarə olunan raketlərin birgə istehsalı üzrə razılıq əldə edib. Bundan başqa, müdafiə sənayesi naziri dünyanın aparıcı şirkətləri ilə növbəti illərdə yeni növ atıcı silah, döyüş sursatları, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların istehsalının təşkili istiqamətində danışıqlar aparıldığını və ilkin razılıq əldə edildiyini deyib. O, bu danışıqların davam etdiriləcəyini qeyd edib. 

“Bundan əlavə deyə bilərəm ki, sərgi müddətində Azərbaycanda istehsal olunan məhsullara iştirakçı şirkətlər, dövlətlər, nümayəndələr tərəfindən çox böyük maraq göstərilirdi. Bunun nəticəsi olaraq Türkiyənin Silahlı Qüvvələrində Azərbaycanın 14,5 mm və 12,7mm-lik snayper tüfənginin istismarı məsələsinə baxıldı və razılıq əldə edildi. Yəqin ki, yaxın gələcəkdə bizim snayper tüfəngləri Türkiyənin Silahlı Qüvvələrində artıq öz yerini tapacaq”, deyə o vurğulayıb. 

Bundan əlavə, sərgi çərçivəsində Türkiyənin digər şirkətləri, ABŞ, Banqladeş, Qazaxıstan, Fransa, Türkmənistan və bir sıra ölkələrin şirkətləri ilə Azəbaycanda istehsal olunan məhsulların ixracı istiqamətində danışıqlar aparılıb. 

“Danışıqların yekunu bundan ibarət oldu ki, onlar yaxın müddətdə Azərbaycana gəlməli və bizimlə birgə həmin məhsulların testi aparılmalıdır. Testin nəticəsindən asılı olaraq Azərbaycandan həmin məhsulların ixracı həyata keçiriləcək”, deyə Y. Camalov qeyd edib. 

Yavər Camalov Azərbaycanın qısa müddətdə əldə etdiyi bu uğurların ölkə başçısı İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: "Məhz onun yaxından köməyi, diqqəti, qayğısı nəticəsində bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi dünyanın inkişaf etmiş ölkələri sırasında qabaqcıl yerlərdən birini tutur. Nəticədə göz qabağındadır".

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi