AZXEBER.COM portalının“oxumeni.az” saytına istinadən verdiyi xəbərə görə, Mətanət Dadaşovavə tanışları iyunun 26-da, günorta saatlarında Dəvəçidən gələrkən avtomobildə qəzaya düşüblər.
Qəzanın səbəbləri tam aydın olmasa da, bir neçə nəfərin xəsarət aldığı bildirilir. Məlumatda o da qeyd olunur ki, qəza zamanı bəstəkarın qızı həlak olub, Mətanət Dadaşova və həmkarlar ittifaqının Xoşqədəm adlı əməkdaşı və başqa bir nəfər yaralanıb. Yaralılar təcili surətdə xəstəxanaya çatdırılıblar.
Fakt üzrə araşdırma aparılır.