Azərbaycanın yeni əyləncə portalı “World.az” fəaliyyətə başladı

GƏNCLİK
22:12 07.03.2011
3961

 

Layihənin rəhbərləri Aqşin İbrahimovun AZXEBER.COM portalına verdiyi məlumata görə, portalda əyləncə ilə yanaşı, müsabiqələrə də, yer ayrılacaq: “ Artıq bütün işlərimiz tamamlanıb. Portalda hər bir istifadəçinin “Səhifəm” bölməsi var.  Bu isə Azərbaycandakı əyləncə portalları içərisində bir ilkdir. Yəni “World.az” portalında qeydiyyatdan keçən userlər əlavə olaraq öz səhifələrinə şəkillər yükləyə bilərlər. Onlar səhifələrində videoları paylaşa bilər və eyni zamanda dostlarını dəvət edib yeni qruplar yarada bilərlər. Biz bununla kiçik sosial şəbəkə yaratmağa nail olduk. Hətda “Aznet”də əyləncə saytları arasında standart streotipləri qıran və online çatı ilk dəfə tədbiq edən də məhz World.az portalı oldu.”

Layihə rəhbəri Aqşin İbrahimov portalda keçiriləcək müsabiqə barəsində də, məlumat verdi: “Burada  filmlərdən şəkillər nümaiş etdiriləcək. Həmin şəkillərin hansı filmə aid olduğunu tapan iştirakçı, Azərbaycanın ən tanınmış kinoteatrlarının birinə 2 nəfərlik bilet əldə edəcək.”

Qeyd edək ki, müsabiqəyə martın 10-dan start verilir. 2 ay davam edəcək müsabiqədə hər 5 gündən bir qaliblər müəyyənləşdiriləcək.


OXŞAR XƏBƏRLƏR