Azərbaycanda «azadlığın məhdudlaşdırılması» cəza növü ləğv edilib

Azərbaycanda «azadlığın məhdudlaşdırılması» cəza növü ləğv edilib
Bütün Xəbərlər
10:08 31.05.2011
2559

APA-nın məlumatına görə, dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib.

Hər iki məcəlləyə edilmiş dəyişiklər «azadlığın məhdudlaşdırılması» cəza növünün cinayət cəzaları sistemindən çıxarılması ilə bağlı olub. Bununla əlaqədar olaraq adıçəkilən sənədlərdə müvafiq müddəalar çıxarılıb və ya digər cəza növü ilə əvəzlənib. Cəzaların İcrası Məcəlləsinə bununla bağlı keçid müddəa əlavə olunub. 

Keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq. Məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaq. Qanun qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə, cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənəcək. 

Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası tətbiq olunacaq.

 

OXŞAR XƏBƏRLƏR