Kürdəmir rayonunda aprelin 18-də bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Muradxan kəndi yaxınlığında Ağsu rayon sakini Qabil Qəniyə məxsus fermer təsərrüfatlarında qeydə alınıb.
Ferma sahibinin 6 yaşlı oğlu Qadir ehtiyatsızlıq səbəbindən tüfəngdən atəş açıb. Nəticədə güllə onun 5 yaşlı bacısı Aynurəyə dəyib. Qızcığaz ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Faktla bağlı Kürdəmir RPŞ-da araşdırma aparılır. //lent.az