Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq

Bütün Xəbərlər
11:05 20.04.2011
1639

Dövlət Neft Şirkətinin (ARDNŞ) emal kompleksində istehsal olunan avtomobil benzini ölkə iqtisadiyyatının dinamik inkişafında, eləcə də ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır. AZXEBER.COM-un ARDNŞ-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda respublikada “Avro-3” standartının tətbiqi ilə əlaqədar H.Əliyev adına BNEZ-in benzin istehsalı qurğularında modernləşdirmə işlərinin aparılması məqsədilə dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılır. Hazırda iqtisadi əsaslandırması aparılan Yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi inşa olunduqdan sonra isə ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq.

 

OXŞAR XƏBƏRLƏR