Hadisə ötən gecə Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1928-ci il təvəllüdlü Əlisafa Bayramov yaşadığı mənzildə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırma aparılır.