Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xalac kəndində yaşayan Ağabəy Ağayev ov tüfəngindən pişiyə atəş açarkən ehtiyatsızlıqdan oğlu Urfanı yaralayıb. U.Ağayev xəstəxanaya aparılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Salyan RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd ov tüfəngi götürüb.