Azərbaycanda bu il QİÇS-dən 52 nəfər ölüb

MARAQLI
12:47 21.01.2011
2006

2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil edib. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olub.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 2006-cı il avqustun 11-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 587 İİV-lə yaşayan insan cəlb olunub. 257 nəfərin müalicəsi 2010-cu ildə başlayıb.

Əvvəlki illərdə olduğu kimi, 2010-cu il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilib, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

 

OXŞAR XƏBƏRLƏR