Azərbaycanda dini qurumların qeydiyyatı üzrə komissiya yaradılmalıdır

Azərbaycanda dini qurumların qeydiyyatı üzrə komissiya yaradılmalıdır
Bütün Xəbərlər
15:10 10.06.2011
1609

"Avropanın əksər ölkələrində daxil olan müraciətlərə baxan belə komissiyalar fəaliyyət göstərir", - Əsədov bildirib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qanuna dəyişiklikləri təqdim edərək qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra qarşısına dünyəvi dövlət yaratmağı məqsəd qoyub və 1992-ci ildə qəbul edilən və sonradan əlavələrin edildiyi qanunda dini etiqad azadlığına aid məsələlər öz əksini tapıb.

Onun sözlərinə görə, qanun layihəsi qanunun müvafiq maddələrinə 19 dəyişiklikliyi nəzərdə tutur.

Qanunun yeddinci maddəsinə təklif olunan əlavədə qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən müsəlman dini strukturları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər. Hesabatı digər dini qurumlar da təqdim etməlidir: qeyri-müsəlman dini qurumları öz hesabatlarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

"Hesabat bu dini qurumun ümumi dini vəziyyətini əks etdirəcək və bu dəyişikliklərin tətbiqi bu qurumların fəaliyyətinin subordinsiyasını deyil, onların fəaliyyətində həmrəyliyə nail olmaq məqsədini güdür", - Aslanova bildirib.

Dünyada, o cümlədən regionun digər ölkələrində dini icmalar öz fəaliyyətləri haqqında hesabatları aidiyyəti dini qurumlara təqdim edirlər.

Qanuna təklif edilən dəyişikliklərə əsasən, dini qurumlar fəaliyyətlərini yalnız dövlət qeydiyyatı üçün təqdim edilən sənəddə hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həyata keçirə bilərlər. Bu dini qurumlar dini mərkəz və ya idarə onlara din xadimi təyin etdikdən sonra fəaliyyətə başlaya bilərlər.

"Dini qurumlar daima inkişafdadır. Azərbaycanda müstəqillikdən 20 il sonra peşəkar dini fəaliyyətin təşkilinin vaxtı çatıb", - Aslanova əlavə edib.

Təklif edilən qanun layihəsində göstərilib ki, dini icmalarda dəyişikliklər haqqında informasiya alındığı təqdirdə, dini mərkəz və ya idarə müvafiq icra hakimiyyəti orqanını dini icmaların təsisçilərinin tərkibinin dəyişməsi və ya icmanın ləğvi haqqında məlumatlandırmalıdır.

Dəyişikliklərə əsasən, dini təyinatlı bina və dövlət mülkiyyətində olan digər əmlak dini qurumlara pulsuz istifadəyə verilə bilər.

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev qanuna dəyişikliklərin edilməsi və islam dininə aid maddələrə əlavələrin edilməsi təklifi ilə çıxış edib. Belə ki, Azərbaycan vətəndaşlarının çoxu islam dininə etiqad edir.

Deputat Musa Qasımlı müzakirələr zamanı vurğulayıb ki, ölkədə xaricdən dini vəsaitlərin gətirlməsində anarxiya mövcuddur və bunun qarşısı alınmalıdır. O, dəfn mərasimlərinin təşkilində qayda-qanun yaratmağı da təklif edib.

Deputat Fəzail Ağamalı öz çıxışında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərini genişləndirməyin zəruriliyini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr ümavini Sabir Həsənli müzakirələr zamanı bildirib ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər zamanın tələbinə uyğun edilir.

 

OXŞAR XƏBƏRLƏR