"Azərbaycanda elə bir ailə tapılmaz ki, əri xanımına əl qaldırmasın"

"Azərbaycanda elə bir ailə tapılmaz ki, əri xanımına əl qaldırmasın"
MARAQLI
18:25 01.12.2010
2742

 

 

Ailədaxili zorakılıq nədir?

 

Ailə məfhumu özünü dərk edən hər bir kəs üçün müqəddəs anlayışdır. Ailə hər zaman insanların həssas yanaşdıqları, qorumağa çalışdıqları kiçik "dövlət"dir. Ancaq müasir dövrdə ailə anlayışını və ailə modelini dağıdanlar çoxalmaqdadır. Bu insanlar ailə üzvlərinə qarşı davamlı olaraq zorakılıq törədir, onların hüquqlarını pozurlar və beləliklə, ailədaxili münasibətlərdəki aşınmalar, gərginliklər ölkəmizdə çoxəsrlik ailə institutunu və onun dayaqlarını kökündən sarsıdır. Belə hallardan sonra ailədə qarşılıqlı məhəbbət və hörmətdən danışmaq belə mənasını itirir, zorakılıq halları müntəzəm şəkil almağa başlayır.

Ailədaxili zorakılıq - bir ailə üzvünün, digər üzvünə (və ya köhnə üzvünə) qarşı fiziki, ya da psixoloji ziyan vurmasıdır. Dünyada geniş yayılan və çox ciddi problem olan ailə zorakılığının qurbanlarının 95 faizi qadınlardır. Bu zaman onlar təkcə fiziki, mənəvi zərbələrə məruz qalmır, həm də insan hüquqları pozulur.

Statistikaya görə, zorakılıq üzündən hər il dünyada 1200-ə yaxın qadın ölür, 2 milyon qadın xəsarətlər alır, hər gün 1000-ə yaxın qadın ən müxtəlif zərbələrə tuş gəlir.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda qadınlara qarşı zorakılıq faktı ilə əlaqədar ölüm halları müşahidə edilir. Rəsmi statistikaya görə, ötən ilin 10 ayı ərzində ölkədə qadınlara qarşı zorakılıq faktı ilə bağlı 14 ölüm hadisəsi baş verib. 2008-ci ildə bu rəqəm 16 olub. Qadınlara qarşı ötən ilin 10 ayı ərzində 1312 xəsarət faktı qeydə alınıb.

Rəsmi statistikaya görə, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək olan müddətdə Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi qeydə alınıb. Qadınlara qarşı baş vermiş cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub. Şəxsiyyət əleyhinə olan cinayətlərdən 7 min 974-ü döymə, 1865-i qəsdən sağlamlığa zərərvurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi faktları olub. Qadınlara qarşı 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb. Baş verən cinayətlərin 20 faizi qısqanclıq zəmnində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən, 4 azyaşlı qız ölüb.

Ailədaxili zorakılıq artıb

Ekspertlər hesab edirlər ki, Azərbaycanda ailədaxili zorakılıq hallarının sayı artıb. “Təmiz dünya” ictimai təşkilatının sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, təkcə 2010-cu ilin 10 ayı ərzində təşkilata zorakılıq faktı ilə bağlı 42 müraciət daxil olub. Təşkilata müraciətlər əsasən, döyülmə, iqtisadi asılılıqla, psixoloji zorakılıqla bağlıdır. Onun sözlərinə görə, bu il ərzində ümumilikdə təşkilata 465 müraciət daxil olub. Bunlar arasında mülki məsələlər, insan alveri qurbanı, ailədaxili zorakılıq, zorlanma kimi faktlar var.

Təşkilat sədri onu da əlavə etdi ki, bütün bu faktlarla paralel olaraq, ölkə qəzetlərinin monitorinqi aparılıb. Monitorinq zamanı 98 ailədə ölüm hadisəsi olması, 56 qadının özünə qəsd etməsi faktı aşkarlanıb: “Məsələn 2004-2005-ci illərdə aparılan monitorinq zamanı il ərzində ailələrdə cəmi 12 nəfər öldürülmüşdüsə, 2010-cu ildə bu rəqəm 98-ə qalxıb. Bu artıq ailədaxili zorakılığın dinamikasını göstərir”.

"Azərbaycan elə bir ailə tapılmaz ki, əri xanımına əl qaldırmasın"

M.Zeynalova hesab edir ki, ailədaxili zorakılığa məruz qalanlar əsasən qadınlardır. Lakin döyülmə ilə bağlı o qədər də çox faktlar yoxdur. Çünki milli adət-ənənələrimiz və mentalitetimizdən irəli gəldiyindən, Azərbaycan qadınları döyülməni elə də böyük zorakılıq hesab etmir və buna görə də ərlərindən şikayət etmirlər: "Ailələrdə kişinin qadına əl qaldırması, qışqırması və digər hallar demək olar ki, Azərbaycan ailələlərinin əksəriyyətində mövcuddur. Azərbaycanda elə bir ailəyə rast gəlmək olmaz ki, orada kişi qadınına əl qaldırmasın".

“Azərbaycanda ümumi götürdükdə qadınların 99 faizi psixoloji zorakılığa məruz qalır. Bəzən psixoloji zorakılıq döyülmədən daha ağırdır və daha pis nəticələrə səbəb olur. Beynəlxalq Səhiyyə Təşkilatı qadınlara qarşı zorakılığı 2005-ci ildən prioritet məsələ kimi götürür. Zorakılıqlar nəticəsində qazanılmış xəstəliklərin siyahısı təşkil edilib. Psixoloji xəstəliklərin təsirindən ürək-damar və zob xəstəlikləri yaranır. Zorakılığın qarşısını almaq üçün qarşı tərəfi çağırıb söhbətlər aparırıq və çalışırıq ki, ailə qorunub saxlansın. Zorakılığa məruz qalanlara pulsuz psixoloji yardım təklif edirik, digər yardımlar etməyə çalışırıq ki, ailələrdə psixoloji gərginlik azalsın, münaqişə yaradan səbəbləri aradan qaldırılsın” - deyə M.Zeynaliva vurğuladı.

Məhkum olunmuş şəxslərin ailədaxili zorakılıqda rolu

Hüquq müdafiəçilərinin fikrincə, ailədaxili zorakılıqda məhkumluq həyatı yaşamış şəxslərin də rolu az deyil. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli.Az-a açıqlamasında bildirdi ki, məhkum olunmuş şəxslərin ailələrində zorakılıqlara rast gəlinir: “Bəzən görürsən məhkum cinayətinə görə, 8-10 il cəza çəkir. Cəzası bitir, azadlığa çıxdıqdan sonra həyat yoldaşının məsələn, hansısa əməlləri barədə sözlər eşidir. Bu zaman ailədə xoşagəlməz hallar baş verir. Məndə qadın məhkumlar barədə də kifayət qədər məlumatlar var. Məsələn, qadın həbsxanaya düşən kimi əri onun uşağının ya əlindən alır və ya boşanır ki, daha mənə həbsxanaya düşmüş həyat yoldaşı lazım deyil”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya təminatı sektorunun müdiri Lətafət Tağızadə açıqlamasında dedi ki, bu il ərzində ailədaxil zorakılıqla bağlı quruma 79 müraciət daxil olub. Onlardan 22 müraciət boşanma ilə əlaqədar qadının ər evində mənzildən çıxarılması, 57-si isə ailələrin zorakılığa görə pozulması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prokurorluğun veteranı vəfat etdi
19:42 26.07.2026
Prokurorluğun veteranı vəfat etdi
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
19:32 26.07.2026
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb