Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
MAQAZİN
22:06 22.09.2026
98
Tanınmış müğənni Kəmalə Qaramollayeva "İllərin hesabatı” adlı solo konsert proqramı ilə böyük səhnəyə qayıdır.

AZXEBER.COM xəbər verir ki, ifaçı 25 noyabr 2026-cı il saat 20:00-da Heydər Əliyev Sarayında səhnəyə çıxacaq.

Gecədə Kəmalənin illər ərzində sevilən mahnıları ilə yanaşı, yeni bəstələri də səslənəcək. Sənətçini böyük canlı orkestr müşayiət edəcək.

Konsert proqramında xüsusi işıq effektləri, müasir səhnə tərtibatı və sürpriz duetlərin təqdim olunması nəzərdə tutulur.

Musiqisevərlər konsertə biletləri şəhərin kassalarından, həmçinin iTicket.az platformasından əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR