Bakının Suraxanı Rayon Hərbi Komissarlığının daha bir əməkdaşı həbs edilib. Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Məlumata görə, komissarlığın çağırış şöbəsinin əməkdaşı Mərbud Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə M. Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Suraxanı və Binəqədi rayonlarının hərbi komissarları rüşvətxorluqda təqsirli bilinərək həbs ediliblər.
//APA