Azərbaycanda hərbi qulluqçu özünü asdı

Azərbaycanda hərbi qulluqçu özünü asdı
Bütün Xəbərlər
08:37 19.06.2011
1679

Bu gün səhər saatlarında Şəki şəhərində intihar hadisəsi baş verib. Şəki şəhər Prokurorluğunun müstəntiqi Təbriz Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, 2 uşaq atası 1983-cü il təvəllüdlü hərbçi Anar Məhərrəmov özünü yaşadığı evin həyətindən asıb.

“Bizə bu barədə səhər məlumat verilib. Anar Məhərrəmov N saylı hərbi hissədə xidmət aparırdı, hərbi qulluqçu idi. İntiharın səbəbləri araşdırılır. Mərhum evlidir və 2 azyaşlı uşağı var”, - deyə Təbriz Qurbanov qeyd edib.

O bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi açılıb, istintaq gedir.

 

OXŞAR XƏBƏRLƏR