Azərbaycanda neft hasilatının azalmasının səbəblərini açıqlanıb

Azərbaycanda neft hasilatının azalmasının səbəblərini açıqlanıb
Bütün Xəbərlər
14:46 10.06.2011
1684
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

«2008-ci ildə «Azəri» yatağında olan qaz atqıları çox böyük problemlər yaratdı, burada neft hasilatı dayandı. Biz hələ indiyədək bu hadisələrin əsas səbəblərini aydınlaşdıra bilməmişik» - deyə R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bu hadisədən sonra neft platformalarında aparılan təhlükəsizlik tədbirləri qazma işlərini ləngidib, qazma proqramına dəyişiklik edilib və bu da sonradan neft hasilatının azalmasına səbəb olub: “Meksika körfəzində baş verən hadisələrdən sonra ARDNŞ «Əsrin müqaviləsi»nin operatoru olan BP ilə birlikdə neft layihələrindəki təhlükəsizlik məsələlərinə yenidən baxıb. Qazma qurğularının dəyişdirilməsi məsələləri qoyulur ki, bizdə olan qaz qurğuları ən müasiri ilə əvəz edilsin, təhlükəsizlik texnikası yüksəlsin. Meksika körfəzindəki hadisədən sonra biz buna böyük önəm veririk. Razıyıq ki, hasilat azalsın, amma təhlükəsizlik birinci növbədə olmalıdır”.

ARDNŞ prezidenti əlavə edib ki, bu işlər nəticəsində qazma proqramının gecikməsi hasilata da təsirini göstərib: “Amma hasilatın 2-3, hətta 5-10% faiz aşağı düşməsi ciddi problem deyil. Neft hasilatının kəskin artması isə iqtisadiyyatın “qızmasına” da səbəb ola bilər”. 

 

OXŞAR XƏBƏRLƏR