Azərbaycanda qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev ömürlük azadlıqdan məhrum edilib

Bütün Xəbərlər
11:20 27.12.2010
2165
APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov 2 il, Məharət İsmayılov 2 il, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub. Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun barəsində olan cinayət işinə isə xitam verilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə ittiham olunublar İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Şöhrət Quliyevin göstərişi ilə Gəncə şəhəri sakini Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib. Aparılan istintaqla cinayətkar dəstənin başqa cinayətləri də müəyyən olunub.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər