Azərbaycanda rüşvət alan 4 vəzifəli şəxs həbs olundu

Bütün Xəbərlər
18:37 31.03.2011
1804

Vətəndaş Almas Xəlilov və Arif Şamilov martın 28-də “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Səbail rayonu ərazisində torpaq sahəsi ilə təmin edilmələri barədə məhkəmə tərəfindən 2007-ci il iyulun 3-də qətnamə qəbul edildiyi halda, Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimovun, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi Tikinti Torpaq Komissiyasının sədr müavini Cavid Həsənovun vasitəsilə bələdiyyənin xidməti ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmasına görə onların hər birindən 5 min manat olmaqla, cəmi 10 min manat pulu rüşvət kimi istəmələrini və tələb olunan rüşvətin müqabilində 8 min manat pulu vermələri barədə bələdiyyənin vəzifəli şəxsləri ilə razılaşdıqlarını bildirib.

Müraciətin araşdırılması ilə əlaqədar martın 29-da saat 12 radələrində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Səbail bələdiyyəsinin yerləşdiyi Bakı şəhəri, Əlibəyov qardaşları 61 saylı ünvana gəlmiş və şikayətçilər bələdiyyənin inzibati binasından çıxdıqdan sonra Almaz Xəlilov 8 min manat məbləğində pulu bələdiyyənin hüquqşünası Arif Əlizadəyə sonuncunun öz otağında verdiyini bildirdiyindən binaya baxış keçirilib.

Hal şahidlərinin iştirakı ilə Səbail bələdiyyəsinin sədr müaviniƏliyar Fərzəliyevin iş otağında keçirilmiş baxış zamanı həmin vaxt otaqda olan Arif Əlizadənin istilik radiatorunun üzərinə qoyduğu qəzet parçasına bükülmüş vəziyyətdə şikayətçilərin prokurorluq orqanlarına müraciəti üzrə protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eynilik təşkil edən 100 (yüz) və 50 (əlli) manatlıq əskinazlardan ibarət 8 min manat məbləğində pul aşkar edilərək götürülüb.

Toplanmış materiallar əsasında martın 29-da Səbail bələdiyyəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

 

OXŞAR XƏBƏRLƏR