Azərbaycanda süd kəskin bahalaşıb

Bütün Xəbərlər
15:40 25.12.2010
1840
Mütəxəssisin sözlərinə görə, südün bahalaşmasının əsas səbəbi Azərbaycanda alınan təbii südün getdikcə böyüyən süd emalı sənayesinin ehtiyaclarını ödəyə bilməməsi ilə bağlıdır. Son bir neçə ildə ölkədə südə tələbatın 70-80% artdığını deyən Z.Aşçı bildirib ki, tələbatın təmin olunması üçün südvermə qabiliyyəti böyük (gündə 15-25 litr) olan cins heyvanlar çoxluq təşkil etməlidir: «Amma indi belə heyvanlar çox azdır, yerli cinslər isə gündə 4-5 litr süd verir, bu kifayət deyil».

Müəssisə xammal əldə etmək üçün ölkənin bütün ərazisində süd almaqla məşğuldur: «Ölkənin hər tərəfindən süd gətiririk, bəzən südü yüzlərlə kilometr uzaq yerlərdən alıb, gətiririk. Ağdam, Ağcabədi və s. rayonlarda 14 süd alışı məntəqəsi yaratmışıq». 

Xam süd qıtlığı ilə əlaqədar olaraq gücü gündə 150 ton olan «Nur Süd» müəssisəsi öz gücünün yarısı ilə işləyərək 70-80 ton məhsul buraxa bilir. Nəticədə, zavodda xam südün alış qiyməti yay aylarındakı 20-25 qəpikdən indi 40-45 qəpiyə qalxıb. Buna baxmayaraq, öz məhsullarının qiymətini artırmaq fikrində olmadığını deyən şirkət nümayəndəsinin sözlərinə görə, bu gərginlik fevral ayınadək davam edəcək: «Onda həm heyvanlar daha çox süd verməyə başlayır, həm də tələbat bir qədər azalır».

Baş direktorun sözlərinə görə, indi əhali kiçik alverçilər tərəfindən satılan südə nisbətən keyfiyyətli emal olunmuş süd məhsullarına daha çox maraq göstərir. Yerli süd emalı sənayesinin sürətlə inkişaf etməsi ölkəyə xaricdən gətirilən süd məhsullarının həcminə təsir edib. Son məlumatlara görə, ölkənin südə tələbatının təxminən 80%-i daxili istehsalçılar və təsərrüfatlar hesabına təmin olunur: «İki il əvvəl isə yerli istehsalçılar bazarın yalnız 65%-ni təmin edirdilər».

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır