Samir Şərifov bir sıra sosial layihələrin həyata keçiriləcəyini də bildirib: “Bakı ətrafı kəndlərin və qəsəbələrin abadlaşdırılması, infrastrukturun yenidən qurulması, su, kanalizasiya problemlərinin həll olunması, yolların və qəzalı məktəblərin təmiri nəzərdə tutulub. Bu problemlərin həlli üçün müəyyən vəsait ayrılıb”.