Azərbaycanda yumurtanın qiyməti 2 dəfə bahalaşdı

Azərbaycanda yumurtanın qiyməti 2 dəfə bahalaşdı
Bütün Xəbərlər
11:04 28.02.2011
2281

 Bahalaşmanın səbəbləri ilə bağlı «APA-ECONOMICS»in suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bildirib ki, yerli bazarda yumurtanın qiymətinin artmasının səbəbi istehsalın aşağı düşməsi və mövsümi amillərlə bağlıdır: “Qış aylarında yumurtanın bahalaşması təbii haldır. Ötən ilin yanvarında da qiymətlər 30 qəpik idi”.

Onun sözlərinə görə, bahalaşmanın digər səbəbi ev quşlarının xəstəlikdən tələf olmasıdır: «Bəzi xəstəliklər nəticəsində ölkədə quşların sayı azalıb. Mövsümi səbəblərə gəlincə, ümumiyyətlə, qışda quşlar az yumurta qoyurlar. Bütün bu səbəblərdən 2010-cu ildə yumurta istehsalı 2009-cu ilə nisbətən 31 mln. ədəd azalıb. Bu, yumurta istehsalının 2,5% azalması deməkdir”.

Ç.Fərəcov hesab edir ki, artıq aprel ayında qiymətlərin aşağı düşməsi müşahidə olunacaq: «Mayda yumurtanın qiyməti yenə 10-12 qəpikdən artıq olmayacaq».

Ev quşlarının qırılmasının yumurtanın qiymətinə təsirini Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev də təsdiqləyib: «Quşların qırılmasının səbəbi xəstəliklər və soyuqlar olub. Bu hadisə bütün bölgələrdə var. Bu, hər il baş versə də, bu il onun təsiri daha böyük olub».

A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətinə xaricdən gətirilən qarışıq quş yeminin bahalaşması da təsir edib: “Son ilyarımda yemin qiyməti 2 dəfədən çox artıb. Qarışıq yemin qiyməti 1,5-2 il əvvəl 240 manata olduğu halda, indi onun qiyməti 530 manata çatıb”. 

Bundan başqa, bölgələrdəki fərdi təsərrüfatlarda quş yemi kimi istifadə olunan arpa və buğdanın kəskin bahalaşması da yumurtanın qiymətinə təsir edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu bölgədə arpanın kiloqramı 50 qəpiyə, buğda isə 40 qəpiyə satılır ki, bu da biçin mövsümünün sonundan indiyədək qiymətlərin 3 dəfə artdığını göstərir. Xəstəlikdən narahat olan fermerlərin quşlar üçün dava-dərman alması da onların xərclərinin və beləliklə, yumurtanın qiymətinin artmasına səbəb olub. Nəticədə hazırda yumurtanın 1 ədədi quşçuluq təsərrüfatlarına 12-14 qəpiyə başa gəlir. Halbuki ötən il bu rəqəm 7-10 qəpik olub.

A.Vəliyev qeyd edib ki, bəzi şirkətlər, xüsusilə də yumurta ticarətində vasitəçi kimi çıxış edənlər yaranmış vəziyyətdən sui-istifadə edərək Novruz bayramı ərəfəsində qiymətləri daha da artırırlar: «Bu vasitəçi-işbazlar yumurtanın bir hissəsini bazara buraxmır və bayramqabağı baha qiymətə satmaq üçün saxlayırlar. Belələri istehsalçıların özündən 1,5-2 dəfə çox pul qazanırlar. Bunlar əsasən topdansatış məntəqələridir».

AQC sədrinin fikrincə, qiymətlərin aşağı düşməsi üçün quşçuluq müəssisələrində istifadə olunan qarışıq yemin idxalı ƏDV-dən azad olunmalıdır. Qeyd edək ki, bu sahəyə dəstək məqsədilə damazlıq cücələr, eləcə dəəssisələrdə istifadə olunan avadanlıqlar ƏDV-dən artıq azad edilib. Amma A.Vəliyev bildirir ki, qiymətlərin düşməsi üçün bunlar kifayət deyil: «Avadanlıqlar bir neçə ildə bir dəfə alınır, yem isə həmişə lazımdır. Əlavə addımlar atılmasa, yumurtanın qiyməti iyun ayında enməyə başlayacaq. Həmin vaxt bazara yeni yumurtlayan toyuqlar daxil olacaq, qiymətlər də enməyə başlayacaq».

Xatırladaq ki, ötən ilin noyabr-dekabr aylarında Azərbaycanın regionlarında ev quşlarının kütləvi tələfatı halları qeydə alınıb. Bununla əlaqədar bu il yanvar ayının əvvəlində Dövlət Baytarlıq Xidməti quşçuluq müəssisələrinin ciddi iş rejiminə keçməsi üçün baytarlıq idarələrinə və məsul şəxslərə müraciət edib. Xidmətin rəis müavini Emin Şahbazlı bunu “qış mövsümün gəlməsi ilə əlaqədar Azərbaycan ərazisinə “quş qripi” xəstəliyinin daxil olması riskinin artması” ilə izah edib. Vəziyyəti nəzarətə götürmək üçün xidmət Dövlət Gömrük Komitəsinə də müraciət edərək, xaricdən gələn maşınların dezinfeksiyasını, insanların dezinfeksiya yerindən keçməsini tələb edib. Paralel olaraq “quş qripi” xəstəliyinin ölkəyə daxil olması riskinin qarşısını almaq üçün Azərbaycan ərazisində vəhşi quşların ovu müvəqqəti dayandırılıb, “quş qripi” hallarının müəyyənləşdirilməsi üçün monitorinqlərə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi