Beynəlxalq Qizil Xaç Komitəsinin (BQXK) Ermənistandakı təmsilçiləri azərbaycanlı hərbi əsirə baş çəkib. Əsir Roman Hüseynov ailəsinə məktub göndərib. BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova hərbi əsirin əziyyətinin yaxşı olduğunu bildirib.
“İyunun 30-da əsir Roman Hüseynov ailəsinə məktub ünvanlayıb. Məktubda onun sağ-salamat olduğu bildirilir. Komitənin nümayəndələri də Roman Hüseynovun yaxşı olduğunu bildirib. Hazırda əsirlərlə bağlı Qızıl Xaç Komitəsinin nümayəndələri çalışır”, - deyə İlahə Hüseynova vurğulayıb.