Azərbaycanlı alim Harvard Universitetində məruzə oxudu

GƏNCLİK
10:50 15.06.2011
2184
Sosial və humanitar elmlər, mədəniyyət, təhsil, biznes və iqtisadiyyat, elm və texnologiya problemlərinə həsr olunmuş bu konfransda həmin sahələr üzrə ən yeni araşdırmalar təqdim edilib, müasir dünya elminin inkişaf istiqamətləri, buradakı diferensiasiya və inteqrasiyanın özünəməxsus xüsusiyyətləri, dünya intellektual potensialının böyük mədəniyyət sərvəti kimi səviyyəsinin yüksəldilməsi və perspektivləri müzakirəyə çıxarılıb.

Professor Rahid S. Uluselin “Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi” mövzusundakı çıxışı müasir beynəlxalq həyatın siyasi-mədəni özünütəşkilinin ortaq-universal dəyəryaratma prosesi ilə dərinləşməsi, bəşəriyyətin vahid sivilizasiya məkanını formalaşdırması və dünya tarixinin bu yeni fazasında insan şüurunun planetləşməsi probleminə həsr olunub. Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas konsepsiyasından çıxış edən natiq ölkəmizdə sivilizasiyalararası dialoqun beynəlxalq səviyyədə təşviq edildiyini diqqətə çatdırıb.

Bir sıra yeni elmi fikirlərin ilk dəfə irəli sürüldüyü və Azərbaycanın, eləcə də türk və islam sivilizasiyasının çoxsivilizasiyalı dünya inkişafı prosesində oynadığı mühüm rolun dəyərləndirilərək önə çıxarıldığı bu məruzənin Harvard konfransında dinlənilməsi, beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, Azərbaycan aliminin bu mövzu kontekstində dövlətimizin humanitar siyasətinə uyğun olaraq, qlobal mədəni əməkdaşlıq, mədəniyyətlər və dinlərarası münasibətlərin dərinləşdirilməsi problemlərinə toxunmaqla onları aktuallaşdırması həmin sahədə görülən işlərin layiqli davamıdır.

/// ann.az

 

 

OXŞAR XƏBƏRLƏR