Azərbaycanlı jurnalistin İstanbulda ölümünün təfərrüatları- FOTO

Azərbaycanlı jurnalistin İstanbulda ölümünün təfərrüatları- FOTO
Bütün Xəbərlər
11:39 17.05.2011
2291

Keçən həftənin cümə günü müalicə üçün Türkiyəyə gedən 36 yaşlı jurnalist İstanbulun “Memorial” xəstəxanasına yerləşdirilib. Dünən isə ürəyində damar genişlənməsi səbəbindən M.Nadir əməliyyat olunub. Əməliyyat zamanı kriz keçirən M.Nadir daha sonra reanimasiyaya yerləşdirilib və reanimasiya otağında dünyasını dəyişib.

M.Nadirin cənazəsi bu gün İstanbuldakı Bəylikdüzü İxlas Mərmərə Evləri adlanan ərazidə qılınacaq namazdan sonra Azərbaycan paytaxtına gətiriləcək.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Lent.az-a açıqlamasında dünyasını dəyişmiş jurnalistin dəfni üçün əllərindən gələni edəcəklərini bildirib.

Qeyd edək ki, 36 yaşlı jurnalist 14 il idi ki, İHA-da çalışırdı. 10 il əvvəl ailə həyatı qurmuş gənc jurnalistin 1 övladı qalıb.

Allah rəhmət eləsin. //lent.az

 

mushfiq-nadir-olumu{jcomments off}

OXŞAR XƏBƏRLƏR