Partnyorları arasında “Azərfon” MMC-nin də olduğu portala ciddi oxucu marağı yaranmış və qısa müddətdə saytdan xeyli sayda yüklənmə olmuşdu.
Hazırda da portal Azərbaycanı tanımaq istəyənlər üçün ciddi bir mənbə rolunu oynamaqdadır. Ancaq son günlər layihə ilə bağlı maraqlı informasiyalar yayılıb. Gələn məlumatlarda deyilir ki, “History.az” Tarix Portalının maliyyə xərclərinin qarşılanmasını üzərinə götürən “Azərfon” MMC bu öhdəliyini yerinə yetirmir. Saytın hazırlanması, təqdimatı və digər məsələlərlə bağlı 11 min manatlıq ödəniş etməli olan şirkət portalın ictimaiyyətə təqdim edilməsindən ötən bir ildən artıq müddət ərzində müxtəlif bəhanələrlə hələ də üzərinə düşən öhdəliyi icra etməkdən yayınır.
Heç şübhəsiz ki, ölkənin mobil rabitə bazarında liderliyə iddia edən “Azərfon” MMC-nin belə mühüm layihə ilə bağlı üzərinə düşən öhdəliklərin icrasından yayınması şirkətin imici üçün ciddi təhlükə törədir və şirkətlə bağlı etimadsızlıq mühüti yaradır.
/// qaynar.info
P.S. AZXEBER.COM xəbər portalı qarşı tərəfin də fikrini yayımlamağa hazırdır.