Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, biznes, media və digər sektorları təmsil edən şəxslər Gənclər Mərkəzi haqda məlumat alıblar.
Qonaqlar “İrəli” İctimai Birliyi və 1news.az informasiya agentliyinin birgə layihəsi olan İRADİO ilə də yaxından tanış olublar. Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov radionun canlı efirinə qatılıblar. Hacıbəy Heydərli və Vüsalə Seyidovanın aparıcılıq etdiyi “Forumaniya” verilişinə qatılan qonaqlar sualları cavablandırıblar. Suallar əsasən Azərbaycan gənclərinin bugünki durumu, perspektivleri ilə bağlı olub. Azad Rəhimov Azərbaycan gənclərinin, “İrəli” fəallarının fəaliyyətini bəyəndiyini söyləyib. Elnur Aslanov da öz növbəsində Ermənistana qarşı informasiya müharibəsində hər bir gəncin iştirak etməyinin vacibliyini vurğulayıb. Sonda hər iki qonaq 2 Fevral Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib.
Qeyd edək ki, “Forumaniya” verilişi hər həftənin çərşənbə axşamı saat 15.00-da İRADİO-da canlı yayımlanır.
Hacıbəy Heydərli, AZXEBER.COM