Azad Rəhimov İraqa getdi

Azad Rəhimov İraqa getdi
Bütün Xəbərlər
11:30 01.12.2012
908
İraq Respublikası Gənclər və İdman Nazirliyinin dəvətinə əsasən, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 1-2-də həmin ölkədə səfərdə olacaq. 
AZXEBER.COM-un məlumatına görə, səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hələ 2008-ci ildə İraqın gənclər və idman naziri Casim Məhəmməd Cəfərin Bakıya səfəri zamanı Azərbaycan və İraq gənclər və idman nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. İki ölkə arasında əməkdaşlığı hüquqi bazasının yaradılması üçün gələcəkdə anlaşma memorandumunun imzalanması üçün qarşılıqlı razılıq əldə olunub və hər iki ölkənin müvafiq orqanları ilə razılaşdırılıb. 
OXŞAR XƏBƏRLƏR