Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi xəbərə görə forum Şahzadə II Albertin yüksək himayəsi ilə təşkil edilib.
Tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman liderləri, beynəlxalq təşkilatların rəhbərləri və elm sahəsinin nümayəndələri bir araya gələrək beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar. Tədbirdə eyni zamanda Bakı-2015 Olimpiya Oyunları haqda da iştirakçılara məlumat veriləcək.
Tədbir 8 noyabr tarixində işini yekunlaşdıracaq.