Azad Rəhimovun istefa xəbəri yalan çıxdı - RƏSMİ AÇIQLAMA

Azad Rəhimovun istefa xəbəri yalan çıxdı - RƏSMİ AÇIQLAMA
İDMAN
16:30 01.08.2012
1907
London Olimpiya Oyunlarında idmançılarımızdan ard-arda məğlubiyyət xəbərlərinin gəlməsi mətbuatda müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Bu fikirlər arasında Azərbaycan idmançılarının qalibiyyət qazanmamasına görə gənclər və idman naziri Azad Rəhimovun istefa verəcəyi barədə iddialar da var. Nazirin hətta istefa ərizəsi yazdığı xəbəri də yayılıb. “Gənclər və idman nazirinin istefa verib-verməməsinə bir sıra KİV-lər, o cümlədən müxalifət mətbuatı, yaxud o cür yazıları yazan adamlar qərar vermir. Bu qərarı gənclər və idman nazirinin özü və ölkə başçısı verə bilər”. Bu sözləri açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O qeyd edib ki, bəzi KİV-lərdə müxtəlif şəxslərin məğlubiyyətlərə sevinmələrinə yönəlik açıqlamalar verməsi, yazılar yazması Azərbaycana qarşı istək, hörmətin olmamasından irəli gəlir. “Hazırda onlar idmançılarımıza, nümayəndə heyətimizə dəstək olmaq əvəzinə sensasiya səpkili yazılar yazırlar. Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birlikdə idmanın inkişafı üçün böyük işlər görür, idman yarışları keçirir və s. Həm də bu idmandır, burada məğlubiyyət də ola bilər, qalibiyyət də”. S. Məmmədova onların bu hərəkətini mənasız, məntiqsiz olduğunu qeyd edib. “Sözün əsl mənasında, hörmətsiz bir münasibətdir ki, onu hazırda olimpiadada olduğumuz müddətdə bu cür yazılar yazan Azərbaycan mediasından görürəm. Azərbaycan idmanına, Azərbaycana hörməti olan bir insan bu cür sevincək şəkildə yaza bilməz”. İdmançılarımızın uğursuz çıxışlarına gəlincə isə mətbuat xidmətinin rəhbəri onların da buna məyus olduqlarını bildirib. “Kim məğlubiyyətə sevinə bilər? Hər birimiz məyus oluruq, hər birimiz həyəcanlıyıq, narahat oluruq. Amma bu, idmandır, olimpiadada dünya çempionları, neçə qat olimpiya çempionları məğlub olur. Yəni bu yarışdır, yarışda qalibiyyət də ola bilər, məğlubiyyət də. Kimisi bundan dərs alır, kimisi bununla karyerasını sona yetirir, kimisi də növbəti olimpiadaya stimul yığır, yəni fikirlər müxtəlif cürdür. Amma ümidimizi də itirmirik. Çünki olimpiadanın 5-cü günüdür, bu gün hələ bizim boksçularımız yeni çıxacaqlar, artıq ağırlıq qaldırma üzrə bir gümüş medalımız var, çoxdandır ağırqaldırmanın tarixində olimpiadada medal yox idi. Qarşıda hələ taekvondoçularımız çıxış edəcəklər. Avarçəkənlərimiz çox yaxşı nəticələr göstərirlər. Yəni yaxşı nəticələr göstərənlər də var. Bəs yaxşılarından niyə yazmırlar? Hələ qabaqda başqa idman növləri var. Qabaqcadan tələsik qərar verməklə bəzi şəxslər, o cümlədən bir sıra KİV-lər özlərini gülünc vəziyyətə qoymaq istəyirlər”./modern
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
23:04 22.08.2026
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
22:51 22.08.2026
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
Ən çox pul xərcləyən bürclər - SİYAHI
22:37 22.08.2026
Ən çox pul xərcləyən bürclər - SİYAHI
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
22:27 22.08.2026
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
22:05 22.08.2026
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
21:56 22.08.2026
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
21:39 22.08.2026
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
21:31 22.08.2026
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
21:19 22.08.2026
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
21:14 22.08.2026
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
20:52 22.08.2026
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
Faiq Ağayevə ağır itki üz verdi
20:34 22.08.2026
Faiq Ağayevə ağır itki üz verdi
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
20:27 22.08.2026
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
20:11 22.08.2026
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
19:55 22.08.2026
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
19:45 22.08.2026
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO