"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"

"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
SOSİAL
14:36 15.07.2026
476
Bildiyimiz kimi, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edib. İşağldan azad olunan ərazilərdə, xüsusən Şuşada beynəlxaq konfrasların keçirilməsinin mühüm əhəmiyyyəti var. Bu tədbirlərdə iştirak edən əcnəb jurnalist və ya ekspertlər də çox böyük məmnunluq hissi keçirir, Şuşada aparılan abadlıq-quruculuq işlərinə valeh olur və Azərbaycan dövlətinin gücünü bir daha görürlər. Hətta bundan əvvəl Şuşaya gəlmiş bir neçə jurnalist, indiki səfərlərində Şuşanın möhtəşəm şəkildə dəyişdiyini qeyd ediblər. Maraqlıdır ki, artıq Şuşa haqqında əcnəbilər belə, kitab yazırlar. Bu kitablarda əcnəbi müəlliflər öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının yenidən dirçəlişini böyük qürur hissi ilə tərənnüm edirlər. 

İyulun 13-də Şuşada keçirilən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumundan sonra xaricdə Şuşa haqqında yazıb və danışan əcnəbilərin sayı daha da çox olacaq. Çünki Forumda 53 ölkədən gələn 160 əcəbi qonaqlar Azərbaycan, eləcə də Şüşa ilə bağlı çox böyük təəssüratlarla öz vətənlərinə qayıdırlar. 

Odu da qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Forumda səsləndirdiyi mesajlar dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında bu tədbirin Azərbaycan, həmçinin Qarabağ bölgəsi üçün müstəsna əhəmiyyətini vurğulayıb: "Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir” deyə dövlətimizin başçısı bildirb.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair fikirlər də səsləndirib. Belə ki, dövlət başçısının Azərbaycanın Avropa Şurasından tam çıxmaq imkanını nəzərdən keçirdiyini bildirirək, bu məsələ Azərbaycan nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnun dayandırılmasından sonra gündəmə gəldiyini qeyd etdi. Dövlət başçısı AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması ilə bağlı qərarı ədalətsiz olduğunu da qeyd edib. Dövlət başçımız Azərbaycanın heç bir yanlış addım atmadığını, əksinə, ədalətsiz qərarın təşkilat tərəfindən qəbul edildiyini bildirib və bu qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda regionda son gərginliyin uzun sürməyəcəyinə ümid etdiyini, Azərbaycanın öz təcrübəsinə əsaslanaraq davamlı sülhün yalnız ədalətli, beynəlxalq hüquqa əsaslanan prinsiplər üzərində qurula biləcəyini bildirdi.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərə də toxunaraq, Bakı ilə Moskva arasında müəyyən dövrlərdə müşahidə olunan gərginliyin artıq arxada qaldığını, iki ölkə arasında münasibətlərin isə tam normallaşdığını vurğulayıb.

Yeri gəlmişkən, Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkdi. Pakistanın aparıcı media orqanları və Avropanın nüfuzlu xəbər platformalarından olan "Euronews” dövlət başçımızın regional təhlükəsizlik, Pakistanın vasitəçilik rolu və Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair bəyanatlarını diqqət mərkəzində saxlayıb.

Bu kimi tədbirlər Ermənistanın işğalçılıq siyasətin beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynayır. Eyni zamanda belə tədbirlərdə regionun gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığı və səyləri aydın görünür. Prezident İlham Əliyevin Şuşada müntəzəm olaraq Qlobal Media Forumunun keçirilməsi təklifini verməsi, Qarabağın gələcəkdə beynəlxaq əməkdaşlıq  məkanına çevriləcəyindən xəbər verir.


Fuad Hüsynzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri 






 
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı