Azadlıq meydanında avtomobil 15-16 yaşlı qızı vuraraq öldürdü - FOTO

Azadlıq meydanında avtomobil 15-16 yaşlı qızı vuraraq öldürdü - FOTO
Bütün Xəbərlər
01:14 10.06.2013
5730
Bakıda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, iyunun 9-da saat 23.30 radələrində “Mercedes Gelandwagen” markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb. Yol polisinin əməkdaşları hadisə yerində iş aparır.Hadisə yerində olan polislər APA-ya bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.
OXŞAR XƏBƏRLƏR