"Azadlıq meydanında razılaşdırılmamış aksiyaya imkan verilməyəcək"

"Azadlıq meydanında razılaşdırılmamış aksiyaya imkan verilməyəcək"
Bütün Xəbərlər
16:56 04.12.2013
673
Bakının Azadlıq meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də “Azadlıq” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb.

OXŞAR XƏBƏRLƏR