AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib: yeni yanaşmalar və beynəlxalq təcrübə

AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib: yeni yanaşmalar və beynəlxalq təcrübə
İQTİSADİYYAT
17:13 04.09.2025
1392

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuş təhlükəsizliyinin idarə olunmasının təkmilləşdirilməsi və məsuliyyət mədəniyyətinin gücləndirilməsi məqsədilə Bakıda "AZAL Uçuş Təhlükəsizliyi Günü” ("AZAL Flight Safety Day”) adlı tədbir keçirib.

AZCON Holdinqin nümayəndələri, AZAL-ın rəhbər heyəti, Milli Aviasiya Akademiyasının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və digər tərəfdaş qurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksək təhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadının möhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirdi.

Böyük Britaniya Mülki Aviasiya İdarəsinin ("UK Civil Aviation Authority”, UK CAA) dəstəyi ilə keçirilən tədbirdə spikerlər sırasında beynəlxalq səviyyəli mütəxəssislər – Böyük Britaniya Mülki Aviasiya İdarəsinin təhlükəsizlik və hava məkanının tənzimlənməsi üzrə direktoru Cankarlo Buono, təhlükəsizlik idarəçiliyi və insan‑təşkilati amillər üzrə tanınmış ekspert Saymon Roberts yer alıblar.

Spikerlər şirkətdə təhlükəsizlik üzrə korporativ mədəniyyətin formalaşdırılmasında qabaqcıl yanaşmalar barədə məlumat verib, bu sahədə şəffaflıq, məsuliyyət və liderliyin gündəlik fəaliyyətin ayrılmaz hissəsi olduğunu xüsusi vurğulayıblar.

"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev çıxış edərək uçuş təhlükəsizliyinə həsr olunmuş bu tədbirin AZAL üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. "Bu təşəbbüs yalnız rəhbər heyətimizin peşəkar bacarıqlarını gücləndirmir, həm də məsuliyyət və şəffaflıq mədəniyyətinin davamlı inkişafına dəyərli töhfə verir. Bu prinsiplər aviasiya təhlükəsizliyi sistemimizin əsasını təşkil edir və AZAL-ın etibarlı, təhlükəsiz beynəlxalq hava daşıyıcısı kimi nüfuzunu möhkəmləndirir”, - deyə S.Rzayev bildirib.

Qeyd edək ki, təlim proqramı, ümumilikdə uçuş təhlükəsizliyi sahəsində liderlik bacarıqları, müsbət korporativ mədəniyyətin formalaşdırılması, dəyişikliklərin effektiv idarə olunması, insan amilinin təhlükəsizlik sisteminə inteqrasiyası, təhlükəsizlik idarəetmə sisteminin (SMS) səmərəliliyinin artırılması və digər əsas mövzuları əhatə edib.

"AZAL Uçuş Təhlükəsizliyi Günü” tədbiri həm təcrübə mübadiləsi üçün platforma, həm də rəhbərliyin məsuliyyəti və əməkdaşların fəal iştirakı əsasında təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüs olub.

Tədbirlə bağlı hazırlanmış videoçarxı bu linkdən izləyə bilərsiniz: https://youtu.be/Zv7B4BnyYEU.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib