İran parlamenti yeni qanun qəbul edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra azan oxunarkın təyyarələrə uçmağa icazə verilməyəcək. Bu barədə “Mehr” agentliyinə parlamentin mədəniyyət komitəsinin sədri Əli Tahiri bildirib. Onun sözlərinə görə, bu qanun xüsusilə də sübh namazlarına aid olacaq. O qeyd edib ki, bu qanuna görə, hava limanlarında və aviaşirkətlərdə çalışan qadınların dress-koduna (geyim) xüsusi fikir veriləcək.